Rusiyanın Kamçatka yarımadası tarixindəki ən gərgin qar yağışlarından birini yaşamaqdadır.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, qarın qalınlığının bir neçə metrə yüksəldiyi Kamçatkada bir çox məhəllələrdə qarın hündürlüyü evlərin ikinci mərtəbələrinə qədər çatıb. Yüksək bölgələrdə qar uçqunu təhlükəsi səbəbilə xəbərdarlıq edilib.
Bölgədən gələn görüntülər, binaların, nəqliyyat vasitələrinin və yolların tamamilə qar altında qaldığını göstərir.
Görüntülərdə qarın qalınlığının bəzi ərazilərdə bir neçə metrə çatdığı görünür. Bir çox məhəllədə qarın hündürlüyü evlərin birinci, hətta ikinci mərtəbələrinə qədər yüksəlib.
Bölgə sakinləri evlərindən çıxa bilmək üçün pəncərələrdən istifadə etməli və ya qar tunelləri qazmağa məcbur olurlar.