Məktəb yaşlı uşaqlarla bağlı dəhşətli statistika - Hər 10 uşaqdan 1-i...

23:59 - 28 Yanvar 2026

Məktəb yaşlı uşaqlarla bağlı dəhşətli statistika - Hər 10 uşaqdan 1-i...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada məktəb yaşında olan uşaqlar və yeniyetmələrin təxminən 10-da 1-nin piylənmə ilə yaşadığını açıqlayıb. Təşkilat məktəblərdə sağlam qidalanma ilə bağlı yazılı bəyanat yayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bəyanatda qeyd olunub ki, məktəblərdə sağlam qidalanmanın təşviqi uşaqlarda ömürboyu sağlam qida vərdişlərinin formalaşmasına mühüm töhfə verə bilər. Bu baxımdan, məktəb yemək mühitində təqdim olunan qida və içkilərin sağlam və qidalandırıcı olmasının təşviq edilməsi üçün çağırış edilib.

Açıqlamada uşaq yaşlarında artıq çəki və piylənmənin qlobal miqyasda artdığına diqqət çəkilərək bildirilib:

“Yetərsiz qidalanma da hələ də davam edən ciddi problemdir. 2025-ci ildə dünya üzrə məktəb yaşlı uşaqlar və yeniyetmələrin təxminən 10-da 1-i (188 milyon nəfər) piylənmə ilə yaşayıb və bu göstərici ilk dəfə olaraq çəkisi normadan az olan uşaqların sayını ötüb.”

Bəyanatda həmçinin dünya üzrə təxminən 466 milyon uşağın məktəb yeməyi ilə təmin olunduğu qeyd edilib. Bununla yanaşı, təqdim edilən yeməklərin qida dəyəri və keyfiyyəti barədə məlumatların hələ də məhdud olduğu vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az