Bülənt Ərsoyun sərvəti dodaq uçuqlatdı

15:42 - 29 Yanvar 2026

Bülənt Ərsoyun sərvəti dodaq uçuqlatdı

“Param çoxdur, xərcləməyə yer axtarıram” sözləri ilə uzun müddət ictimaiyyətin gündəmində olan Bülənt Ərsoyun Türkiyə üzrə daşınmaz əmlakı, biznes obyektləri və ümumi sərvəti diqqət çəkib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin sahib olduğu əmlakın miqyası bunu eşidənləri heyrətləndirib.

Müğənni Bülənt Ərsoyun daha əvvəl verdiyi “Sevgi istəyirəm. Param çoxdur, xərcləməyə yer axtarıram. Yaraşıqlı olarsa, yaxşı olar. Bu qədər pulu kimə buraxacağam?” açıqlaması yenidən müzakirə mövzusuna çevrilərkən, tanınmış sənətçinin əmlakı ilə bağlı təfərrüatlar da üzə çıxıb.

Əldə olunan məlumatlara görə, Bülənt Ərsoyun İstanbul şəhərində ümumilikdə 28 mənzili var. Eyni zamanda Türkiyənin müxtəlif bölgələrində yerləşən 4 ədəd ultra lüks villaya sahib olduğu bildirilir.

Bodrum Antalya və İzmir şəhərlərində bağ evlərinin olduğu deyilən Ərsoyun nağd vəsaiti və qiymətli zinət əşyalarının ümumi dəyərinin 60 milyon ABŞ dollarını keçdiyi iddia olunur. Ortaya çıxan bu rəqəmlər sənətçinin illər ərzində formalaşdırdığı yaradıcılıq karyerası nəticəsində əldə etdiyi böyük iqtisadi gücü açıq şəkildə nümayiş etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az