Çində 11 nəfər edam edildi - SƏBƏB

16:20 - 29 Yanvar 2026

Çində 11 nəfər edam edildi - SƏBƏB

Çində 11 şəxsin edam edildiyi açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin, Myanmanın şimalında fəaliyyət göstərən və telekommunikasiya fırıldaqçılığı qruplarının əsas üzvlərinin də daxil olduğu cinayətkar qruplardan 11 cinayətkarı edam edib.

Xəbərdə edam edilən şəxslər haqqında ətraflı məlumat verilməsə də, bu 11 nəfərin ötən ilin sentyabr ayında edam cəzasına məhkum edildiyi bildirilib. İnfazların ölkənin şərqindəki Zhejiang əyalətinin Wenzhou şəhərində məhkəmə tərəfindən icra edildiyi qeyd olunub.

Son illərdə Çin, bölgədəki geniş yayılmış "fırıldaqçılıq mərkəzi" fəaliyyətlərinə qarşı sərt tədbirlər görmək məqsədilə Tayland, Myanma və Kamboca kimi Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığını artırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az