Rusiya qüvvələrinin Ukraynanın cənub-şərqindəki Zaporijya bölgəsinə gecə saatlarında təşkil etdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunda 3 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu gecə saatlarında Ukraynanı hədəf alıb. Ölkənin cənub-şərqində yerləşən Zaporijya bölgəsinə pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Zaporijya vilayətinin qubernatoru İvan Fedorov son 24 saat ərzində bölgədə 34 yaşayış yerinə 841 hücumun həyata keçirildiyini bildirib.
Ukrayna Dövlət Təcili Yardım Xidmətindən (DSNS) verilən açıqlamaya görə, Rusiyanın hücumunda bir bina tamamilə dağılıb, bir neçə bina isə zərər görüb. Ukrayna Hava Qüvvələri, Rusiya qüvvələrinin gecə ərzində 105 pilotsuz uçuş aparatı atdığını, bunlardan 84-nün məhv edildiyini bildirdi.