Nəvələrinə baxan nənə və babaların sağlamlığı təhlükədədir - Mütəxəssislər açıqladı

17:36 - 29 Yanvar 2026

Nəvələrinə baxan nənə və babaların sağlamlığı təhlükədədir - Mütəxəssislər açıqladı

Yeni bir tədqiqat müntəzəm olaraq nəvə baxan nənə və babalar arasında depressiya riskinin artdığını ortaya qoyub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə, altı yaşın altındakı uşaqlara baxan yaşlı nənələr və babalar üçün riskin daha yüksək olduğu qeyd edilib. Nəvə baxmaq bir çox ailə üçün həm emosional, həm də praktik dəstək mənasına gəlir. Lakin aparılan yeni araşdırmalar bu məsuliyyətin hər zaman müsbət nəticələr vermədiyini göstərir. Mütəxəssislərin fikrincə, xüsusilə uzun müddətli və tez-tez nəvə baxmaq, yaşlıların psixi sağlamlığına mənfi təsir göstərə bilər.

Birləşmiş Krallıq mərkəzli yardım təşkilatı "Age UK"yə görə, təxminən 5 milyon nənə və baba müntəzəm olaraq nəvə baxımına dəstək verir. Onların demək olar ki, 90%-i həftədə ən azı bir dəfə, hər on nəfərdən biri isə hər gün nəvələrinə baxır. Bəzi ailələrdə isə bu məsuliyyət beş il və ya daha uzun müddət davam edə bilər.

"Age UK" təşkilatı nəvə baxımının yaşlıları zehni və fiziki olaraq aktiv saxladığını, təkliyini azaldığını da vurğulayır. Lakin son tədqiqatlar, bu vəziyyətin hər kəs üçün eyni nəticəni vermədiyini göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az