Tramp Putindən Kiyevə 1 həftə hücum etməməyi xahiş etdi

23:14 - 29 Yanvar 2026

Tramp Putindən Kiyevə 1 həftə hücum etməməyi xahiş etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən rekord dərəcədə şaxtalı hava səbəbindən Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumları bir həftə müddətinə dayandırmasını şəxsən xahiş etdiyini bildirib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə deyib.

"Mən şəxsən prezident Putindən xahiş etdim ki, bu müddət ərzində Kiyevi və digər şəhər və qəsəbələri bir həftə ərzində atəşə tutmasın. Bu sadəcə soyuq hava deyil. İnanılmaz dərəcədə soyuqlardır. Orada rekord həddə şaxtalar da var", - deyə o bildirib.

Tramp əlavə ki, Rusiya prezidenti "bunu etməyə razılaşıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az