Almaniyada ictimai nəqliyyat şirkətlərində çalışanların "əməkhaqqı və iş şəraitlərinin yaxşılaşdırılması tələbi ilə" başlatdığı xəbərdarlıq tətili ölkənin böyük bir hissəsində ictimai nəqliyyat xidmətlərini dayandırılmasına səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın ən böyük sindikalarından olan Birgə Xidmət Sektorları Sindikası (Ver.di) tərəfindən başladılan tətil işəgötürənləri daha yaxşı iş şəraitlərinə məcbur etmək məqsədilə təxminən 150 bələdiyyə nəqliyyat şirkətinin işçiləri tərəfindən saat 03:00-dan etibarən 24 saatlıq tətilə başlanılıb.
Sindikaya üzv olan işçilərin iş dayandırma aksiyası nəticəsində ölkədə avtobus, metro və tramvay səfərləri dayanıb, milyonlarla sərnişin 3 fevral saat 03:00-a qədər davam edəcək tətilin təsirinə məruz qalıb. Berlində, Hamburgda, Münhendə, Frankfurtda və Köln kimi böyük şəhərlərdə avtobus, metro və tramvay səfərləri böyük ölçüdə ləğv edilib, səhər saatlarında ciddi yol tıxacları yaranıb
Bu tətil, Almaniyada geniş şəkildə təsir göstərən soyuq hava və buzlanma təhlükəsi ilə eyni zamana təsadüf edib.