ABŞ-İran gərginliyində təhdidlər və qarşıdurmalar davam edərkən İran cəbhəsindən sürpriz bir açıqlama gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iranlı rəsmilər uranı Rusiyaya verməyi qəbul edə biləcəklərini bildiriblər.
ABŞ mətbuatında yayılan xəbərə görə, iranlı rəsmilər bu mesajı Rusiya Prezidenti Vladimir Putinə çatdırdıqlarını açıqlayıb.