Çin elektrikli avtomobillərdə gizli qapı qollarını qadağan etmə qərarı alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb "Xiaomi" markalı elektrikli avtomobillərin törətdiyi qəzalarda qapıların kilitli qalması səbəbindən sərnişinlərin təxliyə edilə bilməməsi və belə qəzalarda itkilərin daha çox olmasıdır.
Bu qərar ilə Çin gizli qapı qollarını qadağan edən ilk ölkə olacaq.
Qərara əsasən, avtomobilin baqajı istisna olmaqla, bütün qapılarda əl ilə tutulacaq ən azı 6 sm x 2 sm x 2,5 sm ölçülərində bir boşluq olacaq. Avtomobilin içərisində də mexaniki qolları göstərən bir işarə olmalıdır.