Yaponiyada qar can aldı - 35 nəfər öldü

11:27 - 04 Fevral 2026

Yaponiyada qar can aldı - 35 nəfər öldü

Yaponiyada 20 yanvardan bəri davam edən şiddətli qar yağışı nəticəsində həyatını itirənlərin sayı artıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, son statistikalara görə, ölənlərin sayı 35-ə, yaralananların sayı isə 358-ə çatıb.

Niigata əyaləti 12 ölüm ilə ən çox ölümün baş verdiyi əyalət olub, onu 7 ölüm ilə Akita, 5 ölüm ilə Yamagata, 4 ölüm ilə isə Hokkaido və Aomori əyalətləri izləyib. Həmçinin, Iwate, Nagano və Shimane əyalətlərindən də bir ölüm bildirilib. Ümumilikdə, 126-sı ağır, 232-si yüngül olmaqla 358 nəfər yaralanıb. Ölüm halları ilə bağlı ətraflı məlumat verilməsə də, yerli media qar yığınlarını təmizləyərkən damlardan düşərək həyatını itirənlərin olduğunu qeyd edib.

Qardan ən çox təsirlənən bölgələrdə qarın qalınlığı 2 metrdən çox olub, Aomorinin bəzi kəndlərində isə rekord səviyyəyə yüksələrək 4,5 metrə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az