İndoneziyanın Qərbi Cava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 85-ə çatıb.
Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, Qərbi Cava əyalətində 24 yanvar tarixində baş vermiş yer sürüşməsindən sonra axtarış işləri davam edir.
Axtarış-xilasetmə komandaları yerin altına düşən çox sayda şəxsin cəsədini tapıb və bölgədə fəlakət nəticəsində həyatını itirənlərin sayı 85-ə yüksəlib.
Qeyd edək ki, İndoneziyanın qərbi Cava əyalətində günlərlə davam edən güclü yağışlardan sonra 24 yanvar tarixində yer sürüşməsi baş vermişdi. Sürüşmə baş verən ərazilərdən təxminən 230 nəfər müvəqqəti sığınacaqlara köçürülmüşdü.