Yeni Zelandiyanın sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ Sakit Okeanda, Yeni Zelandiya və Solomon Adalarının da daxil olduğu "Alov dairəsi" adlanan bölgədə qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, zəlzələnin mərkəzi Yeni Zelandiya ərazisinin şimalında yerləşən Kermadec Adaları olub.
Yerin 184,2 kilometr dərinliyində baş verib.
Zəlzələdən sonra tsunami xəbərdarlığı verilmayıb.