İspaniyada Qaliçiya Sağlamlıq Xidməti Korunya şəhərində mənbəyi hələ də tam olaraq müəyyən edilməmiş yeni bir maymun çiçəyi (mpox) epidemiyasının aşkarlandığını təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 15 dekabr 2025 ilə 25 yanvar 2026 tarixləri arasında Qaliçiya ümumilikdə, doqquz hal qeydə alınıv. Bunların yedisi Korunya şəhərində tapılıb.
İspaniya Sağlamlıq Nazirliyinin rəsmisi Antonio Gómez Caamaño bütün yoluxanların kişi olduğunu bildirib. Yoluxma mənbələrindən birinin şəhərdəki bir saunaya bağlı olduğu düşünülür, amma digər halların Qaliçiya xaricindəki yerlərlə əlaqəli olması səbəbindən tək bir mənbəni müəyyən etmək çətinləşir.