Qırmızı Dənizin sahilində yerləşən Yəmənin Salif Limanı yaxınlarında mina partlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində taxta yük gəmisi üzərindəki 4 dənizçi həyatını itirib. Digərlərinin isə yaralandığı açıqlanıb.
Yaralıların balıqçılar tərəfindən Tarfa Adasına oradan isə müalicə üçün El-Hudeydə vilayətindəki Zebid şəhərinə aparıldığı bildirilib.