Çin suverenlik mübahisəsi etdiyi Tayvanın nəzarətindəki Kinmen və Matsu adalarına səfərlərə icazə verəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Tayvan Əlaqələri Ofisinin sözçüsü Çın Binhua bu addımın Tayvan və Çin xalqları arasındakı münasibətlərin inkişafı məqsədilə atıldığını bildirib.
Çin Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamada Şanxay şəhəri ilə Kinmen və Matsu adaları arasında səfərlərin yenidən başladılacağı qeyd olunub.
Açıqlamada COVID-19 pandemiyası səbəbilə dayandırılan və son illərdə qarşılıqlı gərginliklər səbəbindən davam etdirilə bilməyən səfərlərin Tayvan Boğazının iki sahili arasındakı münasibətlərin normallaşmasına kömək edəcəyi vurğulanıb.