Türkiyənin Manisa şəhərində yük maşını ilə avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yol qəzasında 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Qəza Salihli-Köprübaşı avtomobil yolunun Dombaylı kəndi yaxınlığında olub. Əldə edilən məlumatlara görə, 44 yaşlı Aydoğan Vatanın idarə etdiyi 10 VL 080 nömrəli avtomobil ilə 63 yaşlı E.K. tərəfindən idarə edilən 45 TL 919 nömrəli yük maşını toqquşub. Toqquşmanın səbəbi hələ ki məlum deyil. Hadisə yerinə təcili tibbi yardım və jandarma komandaları göndərilib.
Tibb işçilərinin apardığı yoxlama nəticəsində Vatanın hadisə yerində həyatını itirdiyi müəyyən edilib.