ABŞ və İran arasında görüş bu şəhərdə keçiriləcək

16:09 - 05 Fevral 2026

ABŞ və İran arasında görüş bu şəhərdə keçiriləcək

ABŞ ilə İran arasında keçiriləcək nüvə görüşməsi cümə günü Omanda baş tutacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda bölgə ölkələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan ABŞ–İran görüşməsi İranın format dəyişikliyi tələbi üzündən reallaşmadı. Tehran çox tərəfli görüşü rədd edərək, yalnız ABŞ və İran arasında ikitərəfli formatda keçirilməsini istədi.

Bu istiqamətdə nüvə danışıqları Omanda ABŞ Prezidenti Donald Trampın Xüsusi Nümayəndəsi Steve Witkoff ilə İran Xarici İşlər Naziri Abbas Araqçi arasında keçiriləcək. İran tərəfi, bölgəvi məsələlərin gündəmə gəlməsini istəmədiyini və görüşdə yalnız nüvə məsələlərinin müzakirə ediləcəyini bildirdi.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az