Sakit okeanda əməliyyat - 4.25 ton kokain ələ keçirildi

17:41 - 05 Fevral 2026

Sakit okeanda əməliyyat - 4.25 ton kokain ələ keçirildi

Fransa donanması Sakit Okeanda bir gəmidən 4.25 ton kokaini ələ keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa donanması Karib dənizində bir gəmiyə əməliyyat həyata keçirib. Orta Amerikadan yola çıxan və Cənubi Afrika istiqamətində getdiyi təxmin edilən gəmi Fransız Polineziyasının ərazisində dayandırılıb.

Gəmiyə edilən əməliyyatda 4.25 ton kokain tapılıb. Səlahiyyətlilər kokainin Polineziya iqtisadi bölgəsi və dəniz qoruma sahəsindən kənarda məhv edildiyini və gəmi ilə heyətin beynəlxalq hüquq çərçivəsində sərbəst buraxıldığını bildirib.

Fransa Silahlı Qüvvələr və Veteranlar Naziri Catherine Vautrin, ABŞ və digər ölkələrin narkotik qaçaqmalçılığı ilə mübarizələrini gücləndirdiyi bir dövrdə, Fransız donanmasının kokain daşıyan bir gəmini ələ keçirdiyini və Barbados rəsmilərinə təhvil verdiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az