Rusiya keçən ay Berlindəki Səfirliyində çalışan hərbi ataşe müavinini casusluq ittihamı ilə "istənməyən şəxs" elan etməsi ilə bağlı Almaniyanın addımına reaksiya olaraq, Moskva şəhərində çalışan alman diplomatının ölkəni tərk etməsini tələb edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Almaniya hökumətinin Berlindəki Səfirliyindəki hərbi ataşe müavini ilə bağlı casusluq ittihamı irəli sürərək onu "istənməyən şəxs" elan etməsinin ardından hərəkətə keçib.
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskva Səfirliyindəki səfiri təmsil etmə səlahiyyətinə malik yüksək səviyyəli Alman diplomatı nazirliyə çağırıb.
Nazirlik yüksək səviyyəli Alman diplomata səfirlikdə başqa bir diplomatdan "istənməyən şəxs" elan edildiyini özləri bildirmiş və həmin Alman diplomatı ölkəni tərk etməyə çağırıb.