ABŞ hakimiyyəti İranla əlaqəli sanksiya siyahısına 14 tanker əlavə edib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Bundan əlavə, məhdudiyyətlər Türkiyə, BƏƏ və Çin də daxil olmaqla 15 şirkətə tətbiq edilib.
Sanksiyalar iki fiziki şəxsə də şamil olunub.
ABŞ Dövlət Departamenti qeyd edib ki, sanksiyalar "İran nefti və neft məhsullarının qanunsuz ticarəti ilə bağlıdır".