Rusiyada zəlzələ baş verdi

09:00 - 08 Fevral 2026

Rusiyada zəlzələ baş verdi

Rusiyanın Saxalin vilayətinin şimalındakı Oxa rayonunda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildiirlib ki, yeraltı təkanların episentri Moskalvo kəndindən təxminən 42 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

Üç bala qədər hiss olunan yeraltı təkanlar Moskalvo, Nekrasovka kəndlərində və Oxa şəhərində müşahidə edilib.

İlkin məlumatlara görə, xəsarət alan və dağıntı yoxdur, sunami təhlükəsi elan edilməyib.

Bütün fövqəladə hallar xidmətləri ştat rejimində fəaliyyət göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az