Yeni doğulmuş körpəsini tualet quyusuna ATDI 

12:57 - 08 Fevral 2026

Yeni doğulmuş körpəsini tualet quyusuna ATDI 

Ukraynanın İşğal altındakı qondarma "LNR" ərazisində baş verən daha bir insanlıq dramı cəmiyyətdə ciddi rezonans doğurub.


Manset.az xəbər verir ki, qondarma "LNR" ərazisində 21 yaşlı qadın yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna atıb.

Məlumata görə, körpə təsadüfi yoldan keçən şəxs tərəfindən möcüzə nəticəsində aşkarlanıb. Həkimlərin bildirdiyinə görə, azyaşlı qızda ağır hipotermiya və donvurma qeydə alınıb. Hazırda körpənin həyatını xilas etmək üçün reanimasiya tədbirləri davam etdirilir.

Hadisəni törədən ana barəsində cinayət işi açılıb. Ona 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası təhdidi var.

Qeyd edək ki, olay Kabıçevka kəndində baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az