ABŞ-də güclü qar can aldı - 17 ölü var

16:26 - 09 Fevral 2026

ABŞ-də güclü qar can aldı - 17 ölü var

Amerika Birləşmiş Ştatlarının şimal-şərqi rekord dərəcədə dondurucu bir qütb dalğasının təsiri altındadır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York son illərin ən ağır soyuq hava hadisələrindən birini yaşamaqdadır. Kanadadan cənuba doğru hərəkət edən güclü Arktik hava kütləsi şəhəri zirvə nöqtəsində Antarktikadakı bəzi bölgələrdən belə daha soyuq edib.

Bazar günü Nyu-Yorkda temperatur -16 dərəcə Selsiyə qədər düşüb. Şiddətli küləyin təsiri ilə hiss olunan temperatur isə -26 dərəcə Selsiyə qədər geriləyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az