İranın ali rəhbəri Əli Xamenei ölkə düşmənlərinin “inqilabdan əvvəlki İran günlərinə həsrət qaldıqlarını” bildirərək, bu ümidlərin puça çıxarılmalı olduğunu vurğulayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-nin keçmişdəki mövqeləri səbəbindən Tehranla Vaşinqton arasında dərin etimadsızlıq səddinin formalaşdığını qeyd edib.
Xamenei İslam İnqilabının 47-ci ildönümü münasibətilə xalqa müraciət edib. O bildirib ki, 1979-cu il inqilabı zamanı İran xalqı qələbə qazanaraq ölkəni xarici müdaxilələrdən azad edib.
ABŞ ilə yenidən başlanmış danışıqlara toxunan xarici işlər naziri Abbas Əraqçi isə İranın müzakirələrə ciddi yanaşdığını və real nəticələr əldə etməyi hədəflədiyini deyib. Əraqçi vurğulayıb ki, ABŞ də eyni məsuliyyəti nümayiş etdirməli və nəticəyönümlü danışıqlara hazır olmalıdır.