ABŞ-də pedofil milyarder Ceffri Epşteynə dair yeni məlumatlar yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Epşteynin cinayət ortağı və keçmiş sevgilisi 64 yaşlı Ghislaine Maxwell ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən dünən ifadə verməyə çağırılıb.
Texas ştatında bir federal həbsxanada saxlanılan Maxwell video əlaqə vasitəsilə komitə iclasına qatılaraq əməkdaşlıq etməkdən imtina edib. Maxwellin Nəzarət və Hökumət İnqilabı Komitəsi qarşısında "cinayətkar vəziyyətə düşməmək üçün" ABŞ Konstitusiyasının 5-ci Maddəsi çərçivəsində susma haqqından istifadə edərək ona verilən suallara cavab verməkdən imtina etdiyi bildirilir.
Maxwellə Epşteynin mümkün əməkdaşları və bəzi adlara niyə ittiham irəli sürülmədiyi ilə bağlı suallar veriləcəyi gözlənilirdi.
Qeyd edək ki, Maxwell insan alveri və cinsi istismar da daxil olmaqla müxtəlif cinayətlərə görə 20 il həbs cəzasına məhkum edilib.