Tanış olduğu kişiyə 159 min mesaj yazdı - Həbs olundu 

12:48 - 11 Fevral 2026

Tanış olduğu kişiyə 159 min mesaj yazdı - Həbs olundu 

ABŞ-də bir qadın tanış olduğu kişiyə çox mesaj göndərdiyinə görə həbs olunub.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Arizona ştatında yaşayan 31 yaşlı Jacqueline Claire Ades bir onlayn tanışlıq tətbiqində tanış olduğu kişi ilə ilk tanışlıq görüşməsindən sonra göndərdiyi 159 mindən çox mesaj göndərib. Polis sənədlərinə əsasən, Adesin mesajları əvvəlcə romantik ifadələr olsa da, zamanla "obsessiya və təhdid" xarakteri alıb və hadisə "müasir dövrün ən dəhşətli təqib hallarından biri" olaraq qiymətləndirilib.


Qadının yazdığı mesajlarda "Böyrəklərindən suşi, əllərinin sümüklərindən yemək çubuqları hazırlayardım" və "Qanında yuyunmaq istəyərdim" kimi qorxulu ifadələr yer alıb. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az