Dünyaca məşhur müğənni Rihanna Los-Ancelesdəki bir mağazada alış-veriş edərkən görüntülənib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mağazadakı müştərilər gözlərinə inana bilməyiblər.
Mağaza koridorlarında rahat şəkildə gəzən müğənni onu tanıyan insanlarla da salamlaşıb.
Yaşlı bir müştəri təsadüfən Rihannanın səbətini götürüb. Hər ikisi də bu qarışıqlığa gülərək reaksiya veriblər və alış-verişlərinə davam ediblər.