Məktəbdə baş verən silahlı hücumun dəhşətli detalları üzə çıxdı

15:51 - 12 Fevral 2026

Məktəbdə baş verən silahlı hücumun dəhşətli detalları üzə çıxdı

Ötən gün Kanadada məktəbdə baş verən silahlı hücumla bağlı dəhşətli detallar üzə çıxıb. 


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, əyalətin Tumbler Ridge bölgəsində baş verən və ölkə tarixindəki ən ölümcül ikinci məktəb hücumu olaraq qeydə alınan hadisə ilə bağlı araşdırmalar davam edir.

Polis hücumu həyata keçirmədən əvvəl şübhəlinin anasını və 11 yaşındakı ögey qardaşını öldürdüyünü aşkar edib. Hücumçunun silahı necə əldə etdiyi ilə bağlı məlumat isə hələ ki yoxdur.

Eyni zamanda polis şübhəlinin 4 il əvvəl məktəbi tərk etmiş 18 yaşlı Jesse Van Rootselaar olduğunu açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az