ABŞ və İtaliyada qar uçqunu - 2 ölü, 10 itkin

14:10 - 18 Fevral 2026

ABŞ və İtaliyada qar uçqunu - 2 ölü, 10 itkin

Avropa Alplərində elan olunmuş qırmızı xəbərdarlıqdan az sonra qar uçqunu faciəsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın məşhur xizək mərkəzlərindən biri olan Courmayeurdə uçqun altında qalan xizəkçilərdən 2 nəfər həlak olub.

Digər hadisə isə ABŞ-ın Kaliforniya ştatında qeydə alınıb. Castle Peak dağında baş verən qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb. Məlumata görə, itkin düşənlərdən 6 nəfəri xilas edilib.

İtaliya və Fransada ard-arda yaşanan qar uçqunları Avropa Alplərində vəziyyəti gərginləşdirib. Bölgədə nadir hallarda verilən qırmızı xəbərdarlıqdan sonra xüsusilə İtaliyada ağır nəticələrə səbəb olan hadisə baş verib.

Courmayeur xizək mərkəzində sıldırım yamacdan qopan nəhəng qar və buz kütləsi sürətlə aşağı doğru hərəkət edərək ərazidə olan xizəkçiləri uçqun altında qoyub. Hadisə ilə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az