Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı müəyyən edilmiş hədəflərin tamamilə həyata keçirilmədiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov "İndi hər şey Kiyev idarəsinin hərəkətlərindən asılıdır" - deyib.
Peskov Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələlər barədə açıqlama verib.
Rusiyanın Ukrayna ilə bağlı müəyyən etdiyi hədəflərə çatıb-çatmadığına dair sualı cavablandıran Peskov, "Bir çox hədəfə çatılmayıb. Ən vacib hədəfimiz Ukraynanın şərqində yaşayan və ölüm təhlükəsi ilə üzləşən insanların təhlükəsizliyini təmin etməkdir. Lakin bütün hədəflərə çatılmadığı üçün xüsusi hərbi əməliyyat davam edir" - deyə bildirib.