"Məktəbə endirilən zərbədə 160-dək şəxs ölüb" - İran XİN - YENİLƏNİB

21:28 - 28 Fevral 2026

\"Məktəbə endirilən zərbədə 160-dək şəxs ölüb\" - İran XİN - YENİLƏNİB

Ölkənin cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.


Manset.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.

"İsrailin Minab şəhərindəki məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir", - deyə o bildirib.

***

19:54

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə Tasnim agentliyi Minab Prokurorluğuna istinadən məlumat yayıb.

***

19:12

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə Fars agentliyi Telegram kanalında məlumat yayıb.

"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.

***

16:36

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.

***

15:58

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə məlumat İran KİV-lərində yer alıb.

Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.

***

15:37

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.


Manset.az xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az