Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində qalxışdan bir müddət sonra itən döyüş təyyarəsinin düşdüyü bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Hava Qüvvələrinin sosial media hesabından verilən açıqlamaya görə, "Su-30MKI" tipli döyüş təyyarəsinin Assam əyalətinin Cörhat şəhərindən havalandığı qeyd edilib. Təyyarə ilə son əlaqənin yerli vaxtla saat 19:42-də qurulduğu bildirilən açıqlamada planlaşdırılan eniş saatını keçən təyyarənin radardan çıxdığı vurğulanıb.
Açıqlamada təyyarənin Cörhat şəhərindən təxminən 60 kilometrlik məsafədə düşdüyü və axtarış-xilasetmə işlərinin başladığı bildirilib.