"Kuba tezliklə çökəcək" - Tramp

20:54 - 06 Mart 2026

\"Kuba tezliklə çökəcək\" - Tramp

ABŞ Prezidenti Donald Tramp Kubanın tezliklə çökəcəyini bildirib və Havananın Vaşinqtonla saziş bağlamağa hazır olduğuna əminliyini ifadə edib.


Manset.az xəbər verir ki, Tramp bunu CNN-ə müsahibəsində deyib.

"Kuba tezliklə süqut edəcək, bunun işə (İrana qarşı əməliyyat) aidiyyəti yoxdur, amma Kuba da çökəcək", - o qeyd edib.

"Onlar sövdələşmə bağlamaq istəyirlər, buna görə də ABŞ dövlət katibi Markonu (Rubio) ora göndərəcəyəm. Hazırda buna köklənmişik. Bizim vaxtımız çoxdur, amma 50 il sonra Kuba hazırdır", - Tramp vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az