"Müctəba Xamenei yaralanıb" - İran XİN

12:41 - 12 Mart 2026

\"Müctəba Xamenei yaralanıb\" - İran XİN

İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ali rəhbər özünü yaxşı hiss edir.

Eyni zamanda məlumatda Müctəba Xameneinin fevralın 28-də ABŞ və İsrailin İrana qarşı əməliyyatı zamanı yaralandığı qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az