Türkiyənin Mersin şəhərində silahlı dava baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki nəfər arasındakı davada həmin vaxt ərazidən keçən 18 yaşlı Nur Almuhammet və tərəflərdən biri yaralanıb. Hər iki yaralı xəstəxanaya aparıldıqdan sonra ölüb.
Şübhəli E.I. isə hadisə yerindən qaçıb.
Hadisə saat Türkiyə vaxtı ilə 22:30 radələrində Toroslar rayonunun mərkəzindəki Mithat Toroğlu məhəlləsində baş verib.