İstanbul valisi Davut Gül Fatih rayonunda təbii qaz partlayışı nəticəsində uçqun baş vermiş 2 binanın dağıntıları altından 7 nəfərin çıxarılaraq xəstəxanaya göndərildiyini, daha 1 nəfərin axtarışının davam etdiyini bildirib.
Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
D.Gülün sözlərinə görə, daha bir nəfərin xialsetmə əməliyyatının başa çatmaq üzrədir.
Ayvansaray məhəlləsi, Ebe küçəsindəki təbii qazdan qaynaqlandığı ehtimal olunan partlayışdan sonra çökən bitişik 2 binanın dağıntıları ərazisinə baxış keçirib və səlahiyyətlilərdən məlumat alıb:
"İlkin məlumata görə, ümumilikdə 9 nəfər uçqun altında qalıb. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), yanğınsöndürmə idarəsi, Fatih Bələdiyyəsi, polis və digər qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib".
***
14:04
İstanbulun Fatih rayonunda bina çöküb.
Manset.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Bildirilib ki, əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.
Məlumata görə, hazırda dağıntılar altında qalan beş nəfərdən üçü xilas edilərək xəstəxanalara aparılıb. Qalan iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.