Üç il əvvəl keçmiş sevgilisi tərəfindən öldürülən 29 yaşlı İtalyan model Pamela Genininin məzarı naməlum şəxslər tərəfindən açılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur modelin cəsədinin başı kəsilərək oğurlanıb. Bu skandal gənc qadının cəsədinin müvəqqəti məzardan ailə qəbiristanlığına köçürülməsi zamanı ortaya çıxıb.
Bergamo Prokurorluğu tərəfindən başladılan araşdırmada ağır beton qapağının qaldırılması və əməliyyatların gizliliklə həyata keçirilməsi səbəbindən hadisənin ən az 3 və ya 4 nəfər tərəfindən icra edildiyi üzərində dayanılır. Cinayəti törədənlərin etdikləri cinayətin aşkar olmaması üçün məzarı əvvəlki vəziyyətinə qaytarmağa çalışdıqları, lakin yaxalanaraq cinayət izləri buraxdıqları məlum olub.