Hərbi təyyarə qəzaya uğradı - 29 nəfər həlak oldu

15:30 - 01 Aprel 2026

Hərbi təyyarə qəzaya uğradı - 29 nəfər həlak oldu

Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş "An-26" tipli ikimühərrikli hərbi yük təyyarəsi Krım Yarımadasında qəzaya düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 29 nəfərin həyatını itirdiyi bildirilib.

Krım Yarımadasında planlaşdırılmış uçuş edən "An-26" tipli ikimühərrikli yük təyyarəsi ilə əlaqə kəsilib.

Axtarış və xilasetmə qrupları təyyarənin düşdüyü yerə çatdıqda təyyarədə olan 23 sərnişin və 6 nəfərdən ibarət heyətin həyatını itirdiyi bildirilib.

Təyyarənin düşməsinin texniki nasazlıq səbəbindən baş verdiyi qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az