Yusuf Güney saxlanıldı

14:43 - 09 Aprel 2026

Yusuf Güney saxlanıldı

Türkiyədə tanınmış müğənni Yusuf Güney barəsində saxlanılma qərarı verilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, onun tərkibində narkotik təsirli maddələr olduğu müəyyən edilən Ayahuska çayı ilə bağlı təşviqedici açıqlamalar verməsi hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Məsələ ilə bağlı İstanbul Cumhuriyet Başsavcılığı tərəfindən yayılan açıqlamada bildirilir ki, qurumun koordinasiyası ilə İstanbul Emniyet Müdürlüğü Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar çərçivəsində rəqəmsal platformada yayımlanan verilişə qonaq qismində qatılan Y.G. adlı şəxsin çıxışları təhlil edilib.

Araşdırma zamanı onun narkotik və psixotrop təsirə malik olduğu müəyyən edilən ayahuska çayını təşviq edən fikirlər səsləndirdiyi müəyyən olunub. Bu əsasla şübhəli şəxsin 9 aprel 2026-cı il tarixində saxlanılması barədə qərar qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az