Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinə PUA hücumu nəticəsində bir neçə nəfər həlak olub, 18 nəfər yaralanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” hesabında məlumat verib.
"Xəsarət alanlar var, mikroavtobus zədələnib. Ruslar Zaporojyedə pilotsuz təyyarə hücumlarını davam etdirirlər. PUA-lardan biri mikroavtobusa dəyib. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, bir nəfər yaralanıb", - o yazıb.
Fedorov həmçinin şəhərin bir neçə yaşayış məntəqəsinə hücum barədə məlumat verib. O, iki nəfərin öldüyünü və 15 nəfərin yaralandığını qeyd edib.
Onun sözlərinə görə yaralananlar arasında iki uşaq var.