Çinin şimal-qərbində yerləşən Qinghai əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Zəlzələdən sonra təhlükəsizlik tədbirləri çərçivəsində məktəblər, eləcə də episentrə yaxın ərazilərdə fəaliyyət göstərən kömür mədənləri təxliyə olunub.
Məlumata görə, yaralanan şəxslərə tibbi yardım göstərilib və onların sonradan xəstəxanadan buraxıldığı bildirilib.
Dağıntılara səbəb olan zəlzələnin kifayət qədər güclü olmasına baxmayaraq, insan tələfatının az olması diqqət çəkib. Hadisənin nəticələrinin aradan qaldırılması və zərərin qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.