logo
logo logo
logo

Əfqanıstandan Pakistana hava hücumu

11:02 - 01 İyul 2026

Əfqanıstandan Pakistana hava hücumu

Əfqanıstanda hakimiyyətdə olan Taliban administrasiyası Pakistanda terror təşkilatı İŞİD-ə məxsus mövqelərə hava zərbələri endirdiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan isə sərhədi pozan 4 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bəyan edib.

Əfqanıstanla Pakistan arasında gərginlik yenidən artıb. Əfqanıstanın Müdafiə Nazirliyi bildirib ki, Pakistanın Bəlucistan əyalətində yerləşən Saranan qəsəbəsində, eləcə də Xeybər Paxtunxva əyalətinin bəzi ərazilərində İŞİD-ə aid mövqelərə hava zərbələri endirilib.

Bəlucistan rəsmiləri də PUA hücumunu təsdiqləyiblər. Onların sözlərinə görə, zərərsizləşdirilən pilotsuz uçuş aparatlarından biri Saranan qəsəbəsindəki məktəbin yaxınlığına düşüb. Hadisə nəticəsində 2 nəfər yaralanıb.

Xatırladaq ki, Pakistan ötən bazar ertəsi Əfqanıstanın şərq bölgələrinə hava zərbələri endirmişdi. Həmin hücum nəticəsində azı 28 nəfər həlak olmuşdu.

Pakistan Əfqanıstanı öz ərazisində hücumlar planlaşdıran silahlılara sığınacaq verməkdə və onlara təhlükəsiz şərait yaratmaqda ittiham edir. Əfqanıstan isə bu ittihamları qəti şəkildə rədd edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az