ABŞ-yə məxsus hərbi təyyarələr Bolqarıstanın paytaxtı Sofiyada yerləşən Vasil Levski hava limanından çıxarılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib ki, Sofiyada yerləşdirilən ABŞ-yə aid bütün hərbi təyyarələr ölkəni tərk edib.
Nazir qeyd edib ki, ABŞ təyyarələrinin Bolqarıstandakı missiyası başa çatıb.