logo
logo logo
logo

Pekində sirli təyyarə qəzası

13:03 - 01 İyul 2026

Pekində sirli təyyarə qəzası

Pekində yerləşən ən hündür binalardan biri olan "CITIC Tower"ə kiçik təyyarənin çarpması ilə bağlı hadisənin səbəbləri hələ də aydınlaşdırılmayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində pilot həyatını itirib, 13 nəfər isə yaralanıb. Hadisədən sonra Çin hakimiyyətinin genişmiqyaslı informasiya məhdudiyyəti tətbiq etdiyi bildirilir.

Məlumata görə, hadisəyə dair görüntülər internetdən silinib, bəzi şirkətlərə isə məsələ ilə bağlı açıqlama verməmək göstərişi verilib.

Pekində Çin Kommunist Partiyasının mərkəzi qərargahı olan Çjunnanhay kompleksindən bir neçə kilometr aralıda baş verən qəza ilə bağlı indiyədək yalnız dövlət nəzarətində olan “Beijing Daily” qəzetində 60 sözdən ibarət qısa məlumat dərc olunub.

Cümə günü baş verən toqquşma 109 mərtəbəli "CITIC Tower"in fasadında ciddi zədələrə səbəb olub. Zədələnmiş hissələrin dərhal örtüldüyü bildirilir.

Hadisədən sonra yayılan görüntülərin internetdən silindiyi, həmçinin bir sıra aviasiya şirkətlərinə yüngül təyyarə uçuşlarını dayandırmaq və hadisə ilə bağlı danışmamaq barədə göstəriş verildiyi qeyd olunur.

Rəsmi qurumların məlumat yaymaması hadisənin necə baş verdiyi və yüksək təhlükəsizliklə qorunan hava məkanına təyyarənin necə daxil olduğu ilə bağlı sualları daha da artırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az