Fransada növbəti prezident seçkilərinin birinci turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçiriləcəyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, prezident Emmanuel Makronun ardıcıl iki müddət vəzifədə olduğu üçün 2027-ci il seçkilərində yenidən namizədliyini irəli sürməsi mümkün deyil.
İki turdan ibarət seçki sisteminə əsasən, birinci turda heç bir namizəd səslərin 50 faizini toplaya bilməzsə, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparır.
Ölkədə 2027-ci il seçkiləri üçün ifrat sağçı “Milli Birlik” partiyasının sədri Jordan Bardella potensial namizəd kimi ön plana çıxır. Sorğulara əsasən, gənc siyasətçinin birinci turu keçərək seçkinin əsas favoritlərindən biri olacağı proqnozlaşdırılır.