Türkiyənin Van vilayətində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD Vanda 3,6 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Məlumata görə, zəlzələnin episentri Vanın Çatak rayonu olub. Yeraltı təkanlar saat 09:31-də baş verib.
Zəlzələnin 7,04 kilometr dərinlikdə qeydə alındığı bildirilib.