logo
logo logo
logo

Həbsxanada qiyam baş verdi - 7 nəfər öldü

14:12 - 06 İyul 2026

Həbsxanada qiyam baş verdi - 7 nəfər öldü

Şri-Lankada həbsxanalardan birində qiyam baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər həyatını itirib, 73 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə Neqombo həbsxanasında baş verib. Qiyam zamanı ötən gün iki məhbus ölüb.

Rəsmilər bildiriblər ki, bu gün səhər saatlarında yenidən şiddətlənən iğtişaşlar zamanı daha üç nəzarətçi və iki məhbus həlak olub.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az