logo
logo logo
logo

Dünyaca məşhur sənət əsəri oğurlandı 

14:25 - 06 İyul 2026

Dünyaca məşhur sənət əsəri oğurlandı 

Fransanın şimal-şərqində yerləşən Bas-Ren departamentindəki Lalik Muzeyinə daxil olan oğrular nadir eksponatların nümayiş etdirildiyi bölmələrə ziyan vuraraq məşhur zərgər və şüşə ustası Rene Lalikin milyonlarla avro dəyərində zinət əşyalarını oğurlayıblar.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, oğurluq hadisəsi ötən gün yerli vaxtla saat 05:00–06:00 radələrində Bas-Ren departamentinin Vingen-sür-Moder şəhərində yerləşən Lalik Muzeyində baş verib.

Məlumata əsasən, oğrular muzeyin giriş qapısını və Rene Lalikə məxsus təxminən 650 əsərin sərgiləndiyi altı vitrini sındırıblar.

Hadisə nəticəsində milyonlarla avro dəyərində zinət əşyalarının oğurlandığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az