logo
logo logo
logo

"Apple ID" və "Google ID"yə görə cərimə - Rusiyadan yeni qanun 

16:55 - 06 İyul 2026

\"Apple ID\" və \"Google ID\"yə görə cərimə - Rusiyadan yeni qanun 

Rusiyada internet saytlarında istifadəçilərin "Apple ID", "Google ID" və digər xarici xidmətlər vasitəsilə qeydiyyatdan keçməsi və ya identifikasiya olunmasına görə inzibati cərimə nəzərdə tutan yeni qanun qüvvəyə minib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin iyunun 26-da imzaladığı qanuna əsasən, ölkədə istifadəçilərin internet resurslarına giriş və identifikasiya prosesi yalnız Rusiya mobil telefon nömrəsi, "Gosusluqi" dövlət xidmətləri platforması və qanunvericilikdə nəzərdə tutulan digər yerli sistemlər vasitəsilə həyata keçirilə biləcək.

Yeni tələblərin pozulacağı təqdirdə vətəndaşlar, vəzifəli şəxslər və hüquqi şəxslər inzibati qaydada cərimələnəcək.

Rusiya son illərdə rəqəmsal platformalarda yerli texnoloji infrastrukturun tətbiqini genişləndirən, eləcə də istifadəçi məlumatlarının ölkə daxilində saxlanılmasını və qorunmasını hədəfləyən qanunvericilik dəyişikliklərini ardıcıl şəkildə sərtləşdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az